Siyasətçi özünün “Facebook” səhifəsində bütün gecəni davam edən istintaq tədbirlərinin yanvarın 14-də səhər saatlarında “Batkivşina” partiyasının ofisində yekunlaşdığını təsdiqləyib. Yuliya Timoşenkonun sözlərinə görə, müstəntiqlər onun iş telefonlarını, parlament sənədlərini və şəxsi əmanətlərini müsadirə ediblər.
- Asayişlə heç bir əlaqəsi olmayan təcili istintaq hərəkətləri. Dişinə qədər silahlanmış otuzdan çox şəxs heç bir sənəd təqdim etmədən binanı ələ keçirib və əməkdaşları girov götürüb. Sonuncu dəfə Ləyaqət İnqilabı zamanı Yanukoviçin hücumçuları bizim ofisə belə soxulmuşdu. Amma o vaxtlar heç olmasa əl buyruqçusu oaln Peçyorsk məhkəməsindən bir kağız parçası ilə müdaxilələri ört-basdır edirdilər. İndi heç bu da yox idi”, - Timoşenko bildirib.
Axtarışı “kütləvi piar gedişi” adlandıran siyasətçi bütün absurd ittihamları qəti şəkildə rədd etdiyini söyləyib.
- Görünür, seçkilər əvvəllər düşünüldüyündən daha yaxındır və kimsə rəqiblərin təmizlənməsinə başlamaq qərarına gəlib”, - “Batkivşina” partiyasının sədri və Ali Radadakı farksiyasının rəhbəri xanım Timoşenko vurğulayıb.
|
| Yuliya Timoşenko da şübhə altına düşdü |
“Ukrainskaya pravda” qəzetinin siyasi dairələrdəki mənbələrinin məlumatına görə, şübhə ilə bağlı “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenkoya məlumat verilib.
Eyni zamanda, öz mənbələrinə istinad edən “Obozrevatel” nəşri bu məsələnin Ali Radada səsvermə zamanı qeyri-qanuni müavinət almaqda şübhəli bilinən hakim “Xalqın xidmətçisi” partiyasının deputatı Yuri Kiselin işi ilə bağlı ola biləcəyini yazıb.
Nəşrin digər mənbələri isə “Xalqın xidmətçisi” fraksiyasının lideri David Araxamiyadan söhbət getdiyini ehtimal edirlər.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


